HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bazar günü bəzi yerlərdə qısamüddətli leysan olacaq

Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

BMT: Köçkünlük milli-mədəni identikliyin pozulmasına səbəb olur

Afrika qitəsində qaçqın və məcburi köçkünlərin sayı ilbəil artır. Son statistikaya görə qitənin əhalisinin 35 milyon nəfəri ev-eşiyindən didərgin düşərək başqa ərazilərdə yaşayır. Qaçqın və köçkün ordusunun yaranmasının başlıca səbəbləri münaqişələr və təbii fəlakətlərdir.

Dağılmaq təhlükəsi ilə üz-üzə qalan Uşi qalası – Qərbi Azərbaycan abidəsi

Uşi kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ermənistanın Əştərək rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr Şərqdə yerləşir. Bu ərazidə I-II minilliklərdən başlayaraq IX-XI əsrlərə qədər yerli sakinlərin həyat tərzi ilə bağlı çoxsaylı arxeoloji və memarlıq abidələrinin qalıqları qorunub saxlanılıb.