Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak edən ən yaşlı abituriyent 1966-ci il, ən gənci isə 2008-ci il təvəllüdlüdür.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.