HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Müstəqillik günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı və xoşbəxtlik, Vətənimizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram!”.

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Müsəlman Şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik xalqımız öz tarixinin müəyyən dövrlərində zamanın hökmü ilə böyük imperiyaların tərkibinə qatılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın mədəni-siyasi yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı.