HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Cümhuriyyət generalımızın həyatı: Göyçayda doğulub, müharibədə vuruşub, nazir müavini işləyib, Lvovda dərs deyib

Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsində çalışmış general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin müstəqil Azərbaycanın daxili işlər orqanları strukturunun formalaşdırılmasında, milli polisimizin yaradılmasında və inkişafında böyük xidmətləri var. Onun gərgin əməyi nəticəsində Azərbaycan polisinin təşəkkülünə dair hüquqi baza – “Polis idarələrinin təşkili haqqında”, “Polis departamenti haqqında”, “Ümumi, qəza və şəhər polisi haqqında” və başqa normativ sənədlər hazırlanıb. Həmçinin general-mayor M.S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda polis məmurları hazırlayan məktəb açılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Crescent Bay” layihəsi barədə məlumat verdi.