HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Milli Kitabxanada “25 Noyabr – Kəlbəcər Şəhəri Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “25 Noyabr – Kəlbəcər Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Kəlbəcər şəhərinin tarixi, coğrafiyası, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında məlumatlar yer alıb, həmçinin Milli Kitabxananın fondunda mühafizə olunan Vətən müharibəsi və şanlı Zəfəri əks etdirən kitablar, məqalələr və sair materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

COP29-da yeni iqlim hədəfi müəyyən olunub

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclasında yeni iqlim hədəfi qəbul olunub.

Xankəndidəki tikiş fabrikində istehsal olunan məhsulların 80 faizi ixrac ediləcək

Xankəndi şəhərindəki tikiş fabrikində yüksəkkeyfiyyətli trikotaj məhsullar istehsal olunur. Yeni istifadəyə verilən fabrikin müasir avadanlıqlarla təmin olunması, müəssisədə yaradılan yüksək istehsal şəraiti keyfiyyətli məhsula zəmanət verir. Tikiş fabriki Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının nəticəsidir. Azərbaycan və Özbəkistan prezidentləri noyabrın 13-də videobağlantı vasitəsilə fabrikin açılış mərasimində iştirak ediblər.

Bakıda COP29 çərçivəsində veloyürüş təşkil edilib

Bakıdakı Türkiyə Təhsil Qurumları və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə COP29 çərçivəsində velosiped turu keçirilib.

AZƏRTAC xəbər verir ki, yürüşdən əvvəl Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.