COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçirilib

COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq BMT-nin İqlim Konfransının Rəqəmsallaşma Günü keçirilib.
AZƏRTAC xəbər verir ki, iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verən bu günün məqsədi rəqəmsallaşma istiqamətində birgə fəaliyyəti təşviq etmək olub.