Agentlik rəhbəri: İşğaldan azad edilmiş ərazilərimizdə 10 orta məktəb, 4 bağça fəaliyyət göstərir
İşğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi, 4 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
İşğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi, 4 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq. Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı, bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.
Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində “Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları” mövzusunda konfrans keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı general Sahir Şamşad Mirzanın səfərinin ölkələrimiz arasında güclü tərəfdaşlıq, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi.
Qlobal problemlərin mənfi təsirlərinin getdikcə artması bəşəriyyəti ciddi şəkildə narahat edir. Yaranmış vəziyyət dünya dövlətləri və beynəlxalq təşkilatlar arasında birgə əməkdaşlığı, müxtəlif səviyyələrdə koordinasiyalı fəaliyyətin göstərilməsi zərurətini yaradır. İqlim dəyişikliyinin canlı aləmə zərərli təsirinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi dünya birliyinin diqqət mərkəzində dayanır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) kimi mötəbər tədbirin keçirilməsi cəmiyyət-təbiət münasibətlərində özünü göstərən neqativ meyllərin qarşısının alınması, xüsusilə qlobal ekoloji təhlükəsizliyin təmin olunmasının vacibliyindən irəli gəlir.
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupu Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidə – Xudafərin körpüsündə olub.