Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Türkiyədən Qəzza zolağına humanitar yardım daşıyan 11-ci gəmi Mersin limanından yola salınıb.
AZƏRTAC xəbər verir ki, gəmiyə yüklənən 5 min 66 ton həcmində yardım Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən toplanıb. Təxminən 40 saat sonra Misirin Əl-Ariş limanına çatacaq yardımlar oradan Qəzzaya aparılacaq.