Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların sayı 270 nəfərdir

Cari ilin iyun ayında yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı 270 nəfər təşkil edib.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) AZƏRTAC-a bildirilib ki, onların 36 nəfəri kişi, 234 nəfəri isə qadındır.