HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Oxşar taleli qəhrəmanlar: Polad Həşimov və İlqar Mirzəyev

Tale onların bəxtinə çox qısa ömür yazmışdı. Lakin yaşadıqları bu qısa ömürdə zaman-zaman xatırlanacaq xatirələr qoyub getdilər. İllər keçəcək, nəsillər dəyişəcək, onların qəhrəmanlığı, keçdikləri həyat və döyüş yolu örnək olaraq qalacaq…

MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb

Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.

Postmüharibə dövründə 476 hərbçi 572 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. Möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən I və II Qarabağ müharibələri ilə əlaqədar əlilliyi olan 476 hərbçi 572 ədəd yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.