Özbəkistanda Azərbaycan mədəniyyət günləri keçirilir

Özbəkistan paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Daşkənd Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə muğam müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Almaxanım Əhmədli Füzulinin qəzəllərini ifa ediblər. Axşam isə qala konsert təqdim olunub.