İcma: Qərb dairələrinin Oskanyan kimilərlə təmasları Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir

Son dövrlər bir sıra Qərb dairələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar tarixin zibil yeşiyinə göndərilmiş separatçı meyilləri yenidən dirçəltməyə çalışan ünsürlərlə təmaslarını aktivləşdiriblər. Yayılmış məlumatlara görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda Toyvo Klaar və bəzi digər Qərb dairələri ilə görüşlər keçirib. Xatırladaq ki, Oskanyan uydurma “dağlıq qarabağ respublikasının” mövcud olmayan “parlamenti” tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət üçün yaradılmış hansısa “komissiya”ya sədrlik edir. Qərb dairələrinin Oskanyan kimilərlə təmasları siyasi riyakarlığın bariz nümunəsi olmaqla, Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir.