HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Qazax rayonunun azad olunan dörd kəndində Azərbaycan Bayrağı qaldırılıb

Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb, Dövlət Himni oxunub.

AZƏRTAC Azərbaycan Bayrağının qaldırılmasına dair videogörüntüləri təqdim edir.

Şəhid İlqar Rəhimov Göyçayda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəhimov İlqar Şaiq oğlunun meyitinin qalıqları Ucar rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

Gənclər Kitabxanasında “Abbas Səhhət – 150” adlı virtual sərgi hazırlanıb

Bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarifçi Abbas Səhhətin 150 illik yubileyi tamam olur. Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ədibin həyat və yaradıcılığından bəhs edən virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Abbas Səhhətin gənclik illəri, “Yeni poeziya necə olmalıdır?” adlı məqalə, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” kimi şeirlərindən ibarət ilk yaradıcılıq nümunələri haqqında məlumat verilir.

Azərbaycan Dünya İqtisadi Forumunun Səyahət və Turizmin İnkişafı İndeksi üzrə göstəricilərində irəliləyib

Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı indeksinə əsasən əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, MDB ölkələri arasında ən yüksək nəticəyə malik 2-ci ölkə kimi Azərbaycanın 4 komponent üzrə göstəricilərdə mövqeyində əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub.