HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azad edilmiş torpaqlarda indiyədək mühəndis-istehkam bölmələri 39 min 721 hektar ərazini mina və partlamamış döyüş sursatlarından təmizləyib

İşğaldan azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39 min 721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 13 min 045 ədəd partlamamış hərbi sursat, 3 min 318 ədəd tank əleyhinə mina və 10 min 463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 18 ailə (60 nəfər) – keçmiş məcburi köçkünlər Laçın şəhərinə yola düşüblər.

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, iyulun 30-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə daha 21 ailə – 79 nəfər köçürülüb.