HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev Tiencində “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla şirkət arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Tiencində “China Energy Engineering Corporation Limited” şirkətinin rəhbəri vəzifəsini icra edən Ni Cen ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq bildirildi.

“At gücü” – klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirilib

Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələri yeni müstəvidə

Dünyadakı mürəkkəb geosiyasi vəziyyət, iqtisadi və ticari mübahisələr, iqlim dəyişmələri, sülh və sabitliyin təminatı kimi qlobal çağırışlar beynəlxalq və regional təşkilatların daha fəal rol oynamağa, daha sıx çoxtərəfli dialoq qurmağa vadar edir. Bu xüsusda, ərazi və əhali sayına görə dünyanın ən böyük regional təsisatı olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) mühüm rola malikdir.