HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Şəkidə “44 gün – Tarixi zəfər” kitabının I və II cildinin təqdimatı keçirilib

İyunun 12-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin “Xatirə kitabı” redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, “Xatirə kitabı” redaksiyasının nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Özbəkistanda Azərbaycan mədəniyyət günləri keçirilir

Özbəkistan paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Daşkənd Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə muğam müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Almaxanım Əhmədli Füzulinin qəzəllərini ifa ediblər. Axşam isə qala konsert təqdim olunub.