HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Vaqifin muzey-məqbərə kompleksinin yenidən qurulması milli-mədəni yaddaşımızın mühüm tərkib hissəsini təşkil edir

Milli-mədəni və tarixi-siyasi yaddaşımızın mühüm tərkib hissəsini, yeni və müasir tariximizin parlaq səhifələrini təşkil edən ən böyük hadisələrdən biri XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin (yenidən) yaradılmasıdır.

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı əməliyyatları davam etdirir

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında terrorçulara qarşı aparılan hava əməliyyatları davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin

məlumatına görə, əməliyyatlar zamanı İraqın şimalındaki Metina, Hakurk, Qara və Qəndil bölgələrində və Suriyanın şimalında mağara, bunker, sığınacaq və neft obyektləri olmaqla terrorçulara aid 29 hədəf məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib.

Bu il Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək

Bu ilin mayında Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumunda çıxışı zamanı deyib.

O bildirib ki, AQC təşəbbüskar olaraq Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunmasında iştirak edib.