XİN: Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddiaları qətiyyətlə pisləyirik
Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş Baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 2024-cü il 21 mart tarixli “Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.