HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

ABŞ İranın üç nüvə obyektini vurub

ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.

Prezident Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini açıqlayıb.

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

İyunun 21-də Bakı Kristal Zalında Azərbaycanda ilk dəfə UFC turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda ümumilikdə 24 idmançı qüvvəsini sınayıb.

Müxtəlif çəkili idmançılar ilkin və əsas döyüşlərdə mübarizə aparıblar.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Şuşa şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici diplomatlar Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri, burada həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.