HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub

Uğurla davam edən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Kamera musiqisi axşamında Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Gülnaz İsmayılova (soprano) tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

FHN: Hazırda Ağdərənin Talış və Goranboyun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri davam etdirilir

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.

Türkiyədə meşə yanğınları səbəbindən insanlar təxliyə edilir

Türkiyənin dörd vilayətdə meşə yanğınları başlayıb.

AZƏRTAC xəbər verir ki, Bursa, Uşak, Karabük və Kahramanmaraşda yanğınlara havadan və qurudan müdaxilə edilir.

Bursanın üç rayonunda bəzi magistral yollar eləcə də Bursa dairəvi yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Güclü külək səbəbindən yanğının sahəsi genişlənib, sakinlər təxliyə ediliblər.

Qəbələ festivalında Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub

Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən olan və dünya musiqi xəzinəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçilir. Festival çərçivəsində iyulun 25-də axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.