HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, bir nəfər 1-ci dərəcəli “Əmək” ordeni ilə, on nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 137 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

Ana dili və mətbuat: ədəbi normalar, sosial şəbəkələr və yeni media

Dil bir millətin kimliyi, tarixi yaddaşı və mədəni irsinin əsas sütunudur. Mətbuat isə dilin cəmiyyətə təsir imkanlarını genişləndirən, onu təbliğ və inkişaf etdirən güclü vasitə kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycan mətbuatının görkəmli nümayəndələri – Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Əhməd Cavad kimi ziyalılar hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində mətbuatı ana dilinin keşiyində duran ən mühüm tribuna kimi qiymətləndirirdilər.