HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

ADY və Çin Dəmir Yolları Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib

Azərbaycan və Çin beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcək. “Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu Bakı–Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm addım kimi qiymətləndirilir.

Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO

Artıq Qarabağa səfər edənlər orada 5 günədək qala biləcəklər. İşğaldan azad edilmiş ərazilərə səfərlərin daha rahat və planlı şəkildə təşkili məqsədilə “yolumuzqarabaga.az” portalı vasitəsilə əldə olunan icazələrin müddəti 2 gündən 5 günədək uzadılıb.