HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

DYP “Bakı Marafonu-2025” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi “Bakı Marafonu-2025” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə deyilir: “Bakı Marafonu 2025” ilə əlaqədar sabah səhər saat 09:00-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.

Bakıda Beynəlxalq Xalça Forumu on bir ölkədən olan xalçaçı ekspertləri bir araya gətirib

Mayın 2-də Bakı Biznes Mərkəzində “Xalçaçılıqda ənənələr və yeniliklər” mövzusunda Beynəlxalq Xalça Forumu çərçivəsində dörd sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Rumıniya, Latviya, İran, Yaponiya, Birləşmiş Krallıqdan xalça üzrə mütəxəssislər təqdimatla çıxış ediblər.