HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını dedi.

İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədəki katibliyinin dərc etdirdiyi “OIC” jurnalın növbəti nömrəsində 2025-ci ildə təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər, müxtəlif görüşlər, o cümlədən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) xətti ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni işğalçıları tərəfindən dağıdılmış tarix-mədəniyyət abidələrinin vəziyyətinin yoxlanılması üzrə missiya barədə məqalələr dərc olunub.

Əhmədbəyli-Füzuli-Şuşa yolu bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa töhfə verəcək

Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Əhmədbəyli-Füzuli-Şuşa yolu da belə layihələrdən biridir.