HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Laçın-Xankəndi yolu: Azərbaycanlı ekofəalların aksiyası 63 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 63 gündür davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarında yüksək əhval-ruhiyyə və fəallıq müşahidə olunur. Ekofəallar hər gün olduğu kimi səhər Dövlət Himini səsləndiriblər.

Azərbaycan XİN: Bərpa quruculuq işlərində də Türkiyənin yanında olacağıq

Zəlzələdən irəli gələrək hər məqamın özünün prioritetləri var. Hazırda əsas prioritet insanları xilas etmək, yaralılara kömək göstərməkdir və növbəti mərhələdə bu bölgələrin hamısını yenidən həyata qaytarmaq olacaq. Bununla bağlı olaraq Prezident Rəcəb Tayyib Ərdoğan artıq bir zaman mesajı da verdi ki, bir il ərzində Türkiyə bunun öhdəsindən gələcək.

AFAD: Türkiyədə zəlzələnin enerjisi 500 atom bombasının təsirinə bərabər olub

Kahramanmaraşda birinci zəlzələ 65 saniyə, ikinci zəlzələ 45 saniyə davam edib. 7,7 bal gücündə birinci zəlzələnin meydana çıxardığı enerji 500 atom bombasının yaratdığı təsirə bərabər olub.

AZƏRTAC xəbər verir ki, bunu AFAD-ın nümayəndəsi Orxan Tatar bildirib. Onun sözlərinə görə, bölgədə lava axıntısı, vulkan püskürməsi, neft və ya qaz sızması kimi hallar müşahidə edilməyib. Zəlzələdən sonra 1891 afterşok qeydə alınıb.

Azərbaycan könüllüləri Türkiyəyə yardıma gedirlər

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə könüllü gənclərimiz də qoşulub.