HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

“Mədəniyyət kodu – Şuşa” adlı lonqrid layihəsi uğurla icra olunur

Şuşanın qəhrəmanlıq ruhu, Pənahəli xanın şəhər konsepsiyası, dağlarda həkk olunmuş qədim türkün səsi, Ağabəyim Ağa, Gövhər Ağa, Xurşidbanu Natəvan, Fatma Kəminənin timsalında mütərəqqi Şərq qadını obrazı, gözəl, əsrarəngiz və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı, Şuşa adlı mədəniyyət kodunun çalarları və bir çox maraqlı faktlar çələngi. Bütün bunlar “Mədəniyyət kodu – Şuşa” adlı lonqriddə çox maraqlı formatda əks olunur.

Ölkəmiz Türkiyədə keçirilən beynəlxalq türk dünyası simpoziumunda təmsil olunur

Türkiyənin Ərzincan vilayətində “Türk Dünyası Ərzincanda Görüşür” mövzusunda beynəlxalq simpozium keçirilir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın başçılığı ilə keçirilən tədbirdə ölkəmiz geniş heyətlə təmsil olunur.

Ordumuzun mövqeləri atəşə tutulub

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.