HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Sofiyada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Bolqarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ötən ay əcnəbilər ölkəmizdə bank kartları vasitəsilə 214,6 milyon manatlıq əməliyyat aparıblar

Avqustda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 214,6 milyon manat təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsilə 1,5 milyard manatlıq əməliyyat aparıblar.

Milli Məclisin payız sessiyasında ilk iclası keçirilir

Sentyabrın 30-da keçiriləcək Milli Məclisin 2022-ci il payız sessiyasında ilk plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 30 məsələ daxil edilib:

1. Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı;

Varşavada konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Varşavada təşkil edilən konfransda iştirak ediblər. Onlar ayrı-ayrı mövzular üzrə aparılan müzakirələrdə fəallıq göstəriblər.

AZƏRTAC xəbər verir ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva dini tolerantlıq mövzusunda təşkil edilən müzakirələrdə çıxış edib.