“Erməni məsələsi”nə dair faktlarla zəngin kitab MEK-ə daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Teas Press” nəşriyyat evi ilə əməkdaşlığı nəticəsində “Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üçcildliyi MEK-ə daxil olub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən hazırlanan üçcildlik Londonda tanınmış “Garnet” nəşriyyatında ingilis dilində nəşr olunub. Nəşrin baş redaktoru AAC-ın sədri Tale Heydərovdur.