HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Erməni dövləti

Rus qoşunları basqın edərkən xanlıqların təbəələri olan ermənilər casus rolunu oynamağa başladılar

ermenilerin-naxcivana-kocurulmesi

Ermənilərin öz müsəlman hökmdarlarına qarşı hərə­kətləri 1796-cı ildə Şərqi Qafqaz xanlıqlarına olan rus basqınları dövründə başlandı. Bu xanlıqlar nominal olaraq İran tabeliyində olsalar da faktiki olaraq yerli hökmdarlar – xanlar tərəfindən idarə olunurdu. Onların əhalisi əsasən türklərdən, əhəmiyyətli dərəcədə digər müsəlman xalqlarından və ermənilərdən ibarət idi. Rus qoşunları basqın edərkən xanlıqların təbəələri olan ermənilər casus rolunu oynamağa başladılar. Məsələn, ermənilər Dərbəndin su təchizatı planını ruslara verməklə şəhərin süqutunu mümkün etdilər.

Müharibə Ermənistan tərəfindən törədilmişdir və Azərbaycan ərazisində davam etdirilir

Foto Oleq Litvin
Fotoqraf: Oleq Litvin

“…Dördüncü ildir ki, Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibə aparır. Silahlı quldur dəstələri Azərbaycanın sərhədyanı kəndlərinə basqınlar edir, dinc sakinləri, SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının və Sovet Ordusunun əsgər və zabitlərini, respublikanın hüquq mühafizə orqanlarının əməkdaşlarını öldürürlər.

Ermənistan dövlətçiliyinin gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır

siyasi

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən yayınmaqla destruktiv mövqe tutması Cənubi Qafqazda sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və qarşılıqlı faydalı inteqrasiya prosesi üçün başlıca təhdid olaraq qalmaqdadır. Rəsmi Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo vəziyyətinin cidd-cəhdlə saxlanılmasına yönəlik səyləri son nəticədə bu ölkəni siyasi, iqtisadi və sosial sahələrdə acınacaqlı vəziyyətə salmışdır.