Ermənistan dövlətçiliyinin gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən yayınmaqla destruktiv mövqe tutması Cənubi Qafqazda sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və qarşılıqlı faydalı inteqrasiya prosesi üçün başlıca təhdid olaraq qalmaqdadır. Rəsmi Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo vəziyyətinin cidd-cəhdlə saxlanılmasına yönəlik səyləri son nəticədə bu ölkəni siyasi, iqtisadi və sosial sahələrdə acınacaqlı vəziyyətə salmışdır.