“ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” – AVCIYA-dan Prezident İlham Əliyevə yubiley hədiyyəsi

Elxan Süleymanov: “Tarix yazan, xalqımızı müzəffər millətə, ölkəmizi qalib dövlətə çevirən Sərkərdənin hər addımı öyrənilir və öyrəniləcək”
Elxan Süleymanov: “Tarix yazan, xalqımızı müzəffər millətə, ölkəmizi qalib dövlətə çevirən Sərkərdənin hər addımı öyrənilir və öyrəniləcək”
Xalqımız tarixi və şanlı günlər yaşayır. Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsində əldə edilmiş qələbənin birinci ildönümünə üç həftə qalmış bir ərəfədə – 18 oktyabr 2021-ci ildə dövlətçilki tariximizdə xüsusi önəm kəsb edən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsinin 30 illiyi xüsusi qürur və ehtiramla qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24sentyabr 2021-ci il tarixdə BMT Baş Assambleyasının 76-cı sessiyasında illik ümümi müzakirələrdə videoformatda çıxış etdi. Cənab Prezident öz çıxışında digər mühüm məsələlərlə bərabər Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi cinayətlər, ATƏT-in Minsk Qrupunun faktiki olaraq fəaliyyətsizliyi, İkinci Qarabağ müharibəsinin başlanmasının səbəbləri, Azərbaycanın 44 gün ərzində ərazilərimizi işğaldan azad etməsi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etmiş olduğu qətnamələrin müddəalarını yerinə yetirməsi barədə sessiya iştirakçılarına məlumat verdi.
İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti ilə başa çatmasından, Ali Baş Komandan İlham Əliyevin iradəsi və Azərbaycan hərbçilərinin rəşadəti sayəsində 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Azərbaycan tərpaqlarının azad edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi öz destruktiv və təxribat xarakterli əməllərindən əl çəkmir, məqsədyönlü şəkildə dövlətlərarası sərhədlərin delimitasiyası və demarkasiyasının qarşısını alır, silahlı insidentlərə əl atır, regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin, ən başlıcası isə Zəngəzur dəhlizinin açılmasına müxtəlif bəhanələrlə maneçilik törədir. Bu dövlət hər vəchlə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsinə açıq-aşkar əngəl törədir. Ermənistan nümayiş etdirmək istəyir ki, münaqişə başa çatmayıb, müharibənin başa çatmasını ehtiva edən 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq hələ də “Dağlıq Qarabağın statusunun müəyyən edilmədiyini iddia edirlər və bu məsələnin ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməli olduğu barədə sayıqlamalarla çıxış edirlər.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) xalqımızın tarixində, mədəni irsinin qorunmasında və ictimai-siyasi həyatında fövqəl əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş vacib layihəyə imza atıb – Azərbaycan, türk, ingilis və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb.
Elxan Süleymanov: “Mübarizələrdə bərkimişəm və bu günə gəlib çatmışam”