HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ – 100

Milli parlamentdə milli dil təəssübkeşliyi

Azərbaycan dövlət müstəqilliyi qazandığı 1918-1920-ci illərdə qurulmuş Xalq Cümhuriyyəti Parlamentində aparılan müzakirələr ideya-məzmunu ilə yanaşı, nitq mədəniyyəti baxımından da böyük maraq doğurur. Xüsusilə ona görə ki, Azərbaycan türkcəsi uzun əsrlərdən sonra ilk dəfə olaraq xalqın (və ölkənin) iqtisadi, ictimai-siyasi və mədəni taleyinin müzakirə edildiyi ali dövlət təşkilatına – Cümhuriyyət Məclisi-Məbusanına hakim olur…

 

O zaman qadınlar cəmiyyətin ön sıralarında idilər

Avropada, sonra Rusiyada XIX əsrdən başlanan maarifçilik ideyaları XX əsrin əvvəllərində Azərbaycanda da yayılmağa başladı. Avropanın və Rusiyanın bir sıra ali məktəblərində təhsil alan yerli zadəgan, kübar ailələrin övladları bu ideyaları vətənə gətirmiş, əsrlərdən gələn milli mədəniyyətimizə, mənəvi-əxlaqi dəyərlərimizə söykənərək xalqımızda milli dövlətçilik duyğularının oyanması işinə təkan vermişlər. M.F.Axundzadədən, H.B.Zərdabidən, N.Nərimanovdan və digər mütəfəkkir ziyalılardan başlanan maarifçilik ruhu milli dirçəlişimizə zəmin yaratmışdır.