HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Türk dünyasına qarşı törədilən soyqırımları və onların acı nəticələri

XX əsrin əvvəllərindən etibarən çar Rusiyası və onun varisi olan bolşevik Rusiyasının işğalında olan türk bölgələrində həyata keçirilən müstəmləkəçilik siyasəti nəticəsində türk dövlətçilik sisteminə, etno-siyasi təsisatlarına, sosial-mədəni həyatına qarşı bir soyqırımı siyasəti həyata keçirilmişdir. Lakin XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb olmuş və bu oyanış çar Rusiyasına qarşı milli azadlıq hərəkatına çevrilmişdir.

Azərbaycanlılara qarşı soyqırımlar: mərhələləri və nəticələri

Son iki yüz ildə xalqımız dəfələrlə kütləvi qırğınlara və soyqırımlara məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımızı soyqırıma məruz qoymuşlar.

Gözlənilən qətliamın tarixçəsi

Nə zaman ki bu xalq öz müstəqilliyini bəyan etmək, imperiyanın əsarətindən qurtulmaq üçün ayağa qalxdı, başının üstünü bir başqa bəla aldı. Bu bəlanın adı erməni təxribatı oldu. Erməni toplumunun Azərbaycan xalqının vüqarına, tarixinin, mədəniyyətinin zənginliyinə, adət-ənənələrinin bənzərsizliyinə, ərazisinin genişliyinə, təbiətinin rəngarəngliyinə qarşı həsədini hiddətə, kinə çevirmək üçün çox əziyyətə qatlaşmaq da lazım gəlmədi. Çünki yazılmış vəsiyyət, düşünülüb-daşınılmış plan vardı…