
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə işğalçı Ermənistanın quldur hərbi birləşmələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək evləri yandırmış, dinc əhaliyə qarşı kütləvi qırğın törətmişdi. Bir yaz gecəsinin şirin yuxusunda ikən kənd odlara qalanmış, törədilən soyqırımı nəticəsində dinc sakinlərinin başına müsibət gətirilmiş, camaatın mal-mülkü, var-dövləti talan edilmişdi. Hələ Qarabağ münaqişəsinin ilk vaxtlarında erməni quldurları Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün müxtəlif vasitələrə əl atır, ayrı-ayrı kəndlərə soxularaq dinc əhaliyə divan tuturdular. Ağdaban kəndinin işğalına aparan yol 1989-cu il iyulun 10-da başlamışdı. Həmin gün Ağdabanda baş verən hadisə erməni quldurlarının həyata keçirmək istədiyi çirkin planın tərkib hissəsi idi.
	    1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik dəstələri Bakıda, Şamaxıda və Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirərək minlərlə dinc insanı öldürmüş, əmlaklarını müsadirə etmiş, tarixi abidələrini dağıtmışdı. Bolşevik-daşnak hərbi dəstələri Lənkəran qəzasını da talan etmiş, dinc əhali qətlə yetirilmişdi.
	    Tarixi faktları saxtalaşdıran, öz müqəddəratını təyinetmə hüququnu manipulyasiya mövzusuna çevirən ermənilər daim terrorizmdən istifadə edir, terrorçuları isə milli-azadlıq müharibəsinin qəhrəmanları, xalq qisasçıları adlandırırlar. Erməni terrorçuları özgə torpaqlarını mənimsəməyə nail olur, başqa xalqları, eləcə də özgə cür düşünən erməniləri sıxışdırır və məhv edir, onların murdar işlərini dəstəkləməyənlərdə qorxu hissi yaradırlar.
	    20-ci əsrin əvvəllərində Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı.