Ermənistan Respublikasinin Azərbaycan xalqının arxeoloji irsinə qarşı soyqırım siyasəti
Mədəni irs və ona münasibət müasir dünyanın sivil cəmiyyətinin göstəricisi kimi çıxış edir. Bu həm qanunverici şəraitə, həm də əxlaqi normalara aiddir. Mədəni irsin, o cümlədən arxeoloji irsin istifadəsi və şərhində bir tərəfdən siyasi ideologiyadan elmi yanaşmaya inkişaf müşahidə olunmaqla yanaşı, digər tərəfdən əks istiqamətdə hərəkat özünü biruzə verir.