HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

100 ilin yalanı – “erməni soyqırımı”- II hissə

“Erməni soyqırımı”na yaşıl işıq yandıran müəlliflərdən biri də avstriyalı Frans Verfeldir (1890-1945). O, katolik ermənilərin təsiri altında olmuşdur. Saxta sənədlər əsasında onun müəllifliyi ilə 1934-cü ildə işıq üzü görən “Musadağda 40 gün” romanı bir çox dillərə tərcümə edilmişdir.

100 ilin yalanı – “erməni soyqırımı”- I hissə

Osmanlı imperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən planlar cızır və onları həyata keçirmək üçün müxtəlif yollar axtarırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların reallaşdırılması məqsədilə ortaya atılmışdı.

Erməni vandallarının görünməmiş vəhşilikləri

1918-ci ilin əvvəllərində Zaqafqaziyada erməni şovinist millətçi qüvvələri özlərinin fitnəkar və məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bakıda və Cənubi Qafqazın digər bölgələrində müsəlman qırğını törətmək üçün fitnəkar üsullara əl atırdılar. Daşnaklar ilk növbədə Bakı Sovetinin icraiyyə orqanlarına, şəhər idarələrinə öz nümayəndələrini yerləşdirməyə çalışırdılar.

Mart soyqırımına gedən yol…

Soyqırımı bir millətin faciəsi deyil, bütün insani dəyərlərin ayaq altına atıldığı fəlakətdir. Buna görə hər bir millət, hər bir fərd, hətta onu öz milləti törətmiş olsa belə, soyqrımlara qarşı çıxmalıdır. Ancaq tarix göstərir ki, erməni millətçiləri öz qəddar ata-babalarının əməllərindən utanmaq əvəzinə onlardan “dərs alır”, hər fürsətdə azərbaycanlılara qarşı yeni vəhşiliklər törətməkdən çəkinmirlər…