
Ermənilərin qondarma soyqırım iddiasının 100-cü ildönümü ərəfəsində dünya çapında təbliğatı daha da gücləndirdiyi bir zamanda əsl soyqırıma məruz qalmış azərbaycanlılarla bağlı həqiqətləri nəinki dünyada, heç ölkəmizdə də kifayət qədər bilmirlər.
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycanlıların soyqırımı haqqında» (26 mart 1998 – ci il) Fərmanı ermənilər tərəfindən 1918 – ci ildə törədilmiş bir sıra cinayətlərin aşkara çıxarılmasına, kitab və məqalələrin nəşr olunmasına yaxından kömək göstərmişdir.
31 mart-Azərbaycanlıların Soyqırımı Gününün dövri mətbuatda işıqlandırılması ilə bağlı 12 respublika qəzetinin təhlili keçirilib.
Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyanın təşkilatçılığı və rəhbərliyi ilə silahlı bolşevik-daşnak birləşmələrinin Bakıda türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi soyqırımı.
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi. Öz mənfur və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün onlar müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə etmiş, dövlət səviyyəsində davakar millətçiliyi, separatizmi və qonşu xalqlara qarşı təcavüzü dəstəkləmişlər. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə “milli-mədəni”, dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər.