HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür


Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, əzəli Azərbaycan ərazilərində uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Bu gün həmin faciədən artıq 31 il ötür.

Kütləvi məzarlıqlar tarixi acılara ayna tutur

Tədqiqatçı Bilal ŞİMŞİR:“Erməni millətçiləri 1880-cı illərdən başlayaraq Anadoluda amansızcasına türk qanı tökməyə başladılar. Onlar böyük dövlətlərə arxalanaraq belə bir qanlı prosesə atıldılar”.[1]

Bakıda 1918-ci il türk-müsəlman əhalisinin soyqırımı

XX əsrin əvvəllərində Azərbaycanda, ümumən Cənubi Qafqazda ictimai-siyasi və hərbi vəziyyətin mürəkkəbləşməsinin bir sıra səbəbləri vardı. Həmin səbəblərdən birincisi, çarizmin uzun əsrlər boyu qeyri-xristianlara qarşı dini və milli ayrı-seçkilik, xalqları bir-birinə qarşı qoymaqla öz imperialist siyasətini həyata keçirməsi, müsəlmanlara etibar edilməməsi, onların dövlət işlərinə və orduya yaxın buraxılmaması idi.

Ermənilərin törətdikləri Vedibasar qırğınları

Vedibasar

XVIII əsrin əvvəllərindən çar Rusiyasının təzyiqi və dəstəyi ilə Azərbaycanın münbit ərazilərində məqsədli şəkildə məskunlaşdırılan ermənilərin özbaşınalığının qarşısının alınmasında, xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində, xüsusilə ölkəmizin qərbində gedən ictimai-siyasi hadisələrdə xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin böyük xidmətləri olmuşdur. Abbasqulu bəy Şadlinski 1886-cı il fevralın 24-də İrəvan quberniyasının İrəvan qəzasındakı Vedi nahiyəsinin Böyük Vedi kəndində bəy ailəsində dünyaya göz açmışdı. Böyük Vedidə müasir tipli ikisinifli rus-tatar məktəbini yüksək qiymətlərlə başa vuran Abbasqulu bəy əvvəl İrəvan gimnaziyasını, sonra isə Qori Müəllimlər Seminariyasını bitirmişdi.