Şahidlər danışır
“Həmin gecə iki qardaşımı, atamı və anamı itirdim…”
1988-ci ildə Ermənistandan vəhşicəsinə qovulan Sevda Kərimovanın ailəsini ermənilər 4 il sonra Xocalıda da soyqırımına məruz qoydular
Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən yurd kimi yaddaşlara yazılan Xocalı o gecə qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan ana idi – fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən kimsəsiz kimi can verirdi…