 
	     
             
	    1988-ci ildən 1993-cü ilədək Azərbaycanın Dağlıq Qarabağ regionunda fəaliyyət göstərmiş qondarma DQR-də rəhbər vəzifələrdə işləmiş, Xankəndi və digər yaşayış məntəqələrindən azərbaycanlıların kütləvi surətdə öz doğma yurdlarından məcburi qovulmaları və qətlə yetirilmələri üçün şərait yaratmış, bu işi həyata keçirmiş erməni quldur dəstələrini maliyyələşdirmiş, silah, sursat, ərzaq, nəqliyyat və sairə zəruri vasitələrlə təmin etmiş R.Köçəryan, S Sarkisyan, A.Qukasyan, S.Babayan, K.Babayan və digərlərinin cinayət əməlləri barədə materiallar toplamaq məqsədi ilə MTN-in Əli-Bayramlı şəhər şöbəsi, Sabirabad, Kəlbəcər, Tərtər, Şuşa və digər rayon bölmələrinə verilmiş sorğular nəticəsində daxil olmuş materialların təhlili zamanı aşağıdakılar məlum olmuşdur:
 
	    1988-ci ildə Ermənistandan vəhşicəsinə qovulan Sevda Kərimovanın ailəsini ermənilər 4 il sonra Xocalıda da soyqırımına məruz qoydular
Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən yurd kimi yaddaşlara yazılan Xocalı o gecə qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan ana idi – fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən kimsəsiz kimi can verirdi…
 
	    
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) resurslarından olan “1905.az” portalı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Diskussiya klubu”nda “Qaradağlıdan Xocalıya” mövzusu müzakirə olunub.
 
	    …1992-ci ilin fevral ayı. Çox sərt qış gəlmişdi. Mühasirənin ağırlığı həyatımızı daha da müşkülə salmışdı. Xocalıdakı 1 nömrəli təmir-tikinti idarəsində baş mühəndis işləyirdim. 5 uşağım var idi, 3 qız, 2 oğlan. O vaxt qızlarımın hamısı ailə qurmuşdu. Bir qızım Mingəçevirdə yaşayırdı. Digər qızımı körpə uşağıyla birgə hərbi vertalyotla yola salmışdıq. 19 yaşlı qızım Səadət isə cəmi 6 ay idi ailə qurmuşdu, Xocalıda yaşayırdı. Oğlanlarım isə balaca idilər. Onları vertolyotla Goranboya, qardaşımgilə göndərmişdim. Fevralın 25-dən 26-na keçən gecə isə ömrümüzə vurulan sağalmaz yaranın başlanğıc tarixi oldu. O gecə nələr yaşadıq, nələr…