Şamaxının millət vəkili Elxan Süleymanovun “Şamaxı soyqırımı” beynəlxalq konfransında çıxışı
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycanlıların soyqırımı haqqında» (26 mart 1998 – ci il) Fərmanı ermənilər tərəfindən 1918 – ci ildə törədilmiş bir sıra cinayətlərin aşkara çıxarılmasına, kitab və məqalələrin nəşr olunmasına yaxından kömək göstərmişdir.