Erməni vəhşiliyindən bəhs edən yeni sayt yaradıldı

AVCİYA-nın 31 mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə jurnalistlər üçün təşkil olunmuş press-tur çərçivəsində Şamaxının millət vəkli Elxan Süleymanovun qərargahında “1905.az” saytının təqdimatı keçirilib
BayMedia-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən millət vəkili E.Süleymanov bildirib ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər.
Milli Məclisin deputatı Elxan Süleymanovun Şamaxıdakı qərargahında azərbaycanlıların soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində “1905.az” saytının təqdimatı keçirilib.
SalamNews xəbər verir ki, AVCİYA-nın prezidenti, E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb.
Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyanın təşkilatçılığı və rəhbərliyi ilə silahlı bolşevik-daşnak birləşmələrinin Bakıda türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi soyqırımı.
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi. Öz mənfur və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün onlar müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə etmiş, dövlət səviyyəsində davakar millətçiliyi, separatizmi və qonşu xalqlara qarşı təcavüzü dəstəkləmişlər. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə “milli-mədəni”, dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər.
Əziz həmvətənlər!
Tariximizin yeni dövründə 31 mart Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.