HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Sütun

Kürəkçay müqaviləsi retrospektiv baxışda

koshe etibar gulusoy

Kürəkçay müqaviləsi 26 May 1805-ci ildə indiki Goranboy rayonu ərazisində Kürəkçay çayı sahilində Qarabağ xanı İbrahimxəlil xan və Rusiya İmperiyası adından isə Rusiyanın  Qafqaz qoşunlarının baş komandanı Knyaz Sisianov tərəfindən imzalanmışdır. Bu müqavilə Qarabağ  xanlığının Rusiya tərəfindən ilhaqını faktiki rəsmiləşdirmişdir.

Aprel savaşından üzüağ çıxan mediamız

 Milli maraqlar naminə susmaq, yoxsa həqiqəti insanlara çatdırmaq? Bu mövzu daim müzakirə obyekti olub. İndiyədək biz əsasən Qərb mediasında bu mövzuda qızğın diskussiyaları izləyirdik.

Mübarizin arzusu

fuad-babayev

2000-ci lin 26 fevralında biz İrəvanda idik.

Düz 13 il bundan qabaq.

Sərsəng su anbarına ermənilərin qanunsuz müdaxiləsi: Müharibə cinayətləri və beynəlxalq ekoloji təhlükəsizlik problemi

Elovset Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri mövcuddur və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu millətə məxsus xüsusiyyətləri əks etdirir. Bu bir həqiqətdir  ki, tarixən Ermənistan dinc şəraitdə belə, Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütmüş və bu siyasətini gercəkləşdirməyə çalışmışdır. Aparılan müşahidələr və təhlillər göstərir ki, Ermənistan hər hansı bir dövlətin ərazisini işğal etmək, özündə saxlamaq gücünə malik deyil, burada Ermənistanı idarə edən böyük bir qüvvə var.

QUBANIN AĞ ALMASI

Fuad-Babayev-2Qlobal innovativ kompaniyaların The Boston Consulting Group (BCG)  adlı reytinq cədvəli var. Hər il dünyanın 1 500 top-meneceri arasında sorğu keçirilir və dünyanın 50 ən innovativ şirkətinin siyahısı tutulur. Əksəriyyətimiz tərəfindən sevilən iPhone və deyəsən o qədər də sevmədiyimiz  iPad qurğularının “müəllif”i Apple 2005-ci ildən bəri bu siyahıda birincidir. 2016-cı ilin siyahısının ilk beşliyində  Google, Tesla və Microsoft adlarına rast gəlmək olar. Beşinci yeri Amazon tutub. Və o bu yerdə Samsung şirkətini əvəzləyib.