HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Sütun

BANQLADEŞİN YAŞIDI

Fuad-Babayev-271-ci ildə anadan olmuşam.

1971-ci ildə.

Ömrümün 46-cı ilini yaşayıram. Və yaş üstünə yaş gəldikcə həm də 60-cı illərin sonlarında və 70-ci illərin əvvəllərində bu fani dünyaya təşrif buyurmuş insanlarımız haqqında düşünürəm.

Mənsub olduğum nəsil haqqında.

MARSA KİM UÇACAQ?

Fuad-Babayev-2Tesla Motors və SpaceX adlı iki məşhur qurumun rəhbəri İlon Mask bildirib ki, onun kosmik kompaniyası artıq 2025-ci ildə insanın Marsa uçmasını təmin edə biləcək. Kosmik gəmi 2024-cü ildə yola düşəcək, 2025-ci ildə də çatacaq dördüncü planetə…

Putin Muxtar

Fuad-Babayev-2Qahirədə yaşayan Muxtar soyadlı jurnalistin oğlu olub. Və ata oğluna Putin adını qoyub. Beləliklə, bu gündən etibarən Misirdə Putin adlı, Muxtar soyadlı bir körpə böyüyür…

Südəmər Putinin atasından uşağa niyə Vladimir adını qoymadığını soruşan tapılıb. Gənc ata sualı cavablandıraraq  deyib ki, dünyada yüzlərlə Vladimir var, amma Putin cəmi bir nəfərdir. Bu cavabın orijinallığı və sərhəd tanımayan məntiqi yersiz sualı verən adamı təqribən “Putin atalı-analı böyüsün, toyuna gələk” parametrli  arzu səsləndirməyə məcbur edib.

Altıncı müsabiqə

13288283_868354723290167_990838084_o

Mayın 18-19-da Şamaxı şəhərində millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə keçirilən altıncı Sabir bədii qiraət müsabiqəsi tarixə çevrildi. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığı Fondunun təşkilatçılığı ilə altıncı ildir keçirilən müsabiqəyə həmişəki kimi böyük maraq var idi. Ona görə də şair Musa Yaqubun rəhbərlik etdiyi, filologiya elmləri doktoru, professor Nadir Abdullayev, filologiya üzrə fəlsəfə doktoru Vəfa Yunusova, Sabir ev muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilova və bu sətirlərin müəllifindən ibarət münsiflər heyəti qaliblərin seçilməsi prosesində xeyli çətinliklə üzləşdi. İkinci ildir müsabiqənin münsiflər heyətinin üzvü olduğumdan bəzi təəssüratlarımı bölüşmək istərdim.

ÜÇÜNCÜ İL BAŞLAYIR

Fuad-Babayev-22014-cü ilin 28 martında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Şamaxıya təşkil etdiyi press tur çərçivəsində təşkilatın prezidenti, millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında 1905.az portalının təqdimatı oldu…

GEDİŞ HAQQI

Fuad Babayev 2

Dünyada orta statistik azərbaycanlının heç zaman başa düşməyəcəyi hadisələr baş verir. Bu hadisələrin sayı həddən artıq çoxdur. Mən yalnız bir hadisədən danışacağam.

2012-ci ildə Tallin  sakinləri arasında referendum keçirilib. Referenduma çıxarılmış sual sakinlərin 75 faizi tərəfindən müsbət cavablandırılıb. Sual şəhərdəki ictimai nəqliyyatdan istifadənin 2013-cü ilin əvvəlindən pulsuz edilməsi ilə bağlıymış.