HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Sütun

Həmsədrlərin fəaliyyətindən niyə narazıyıq?

 

Elovset

Beynəlxalq münasibətlər sistemində mövcud münaqişələrin həll olunmaması və “uzunmüddətli münaqişələr”  statusu qazanması artıq adi hala çevrilib. Münaqişələrin uzun müddət davam etməsi və həlli istiqamətində ümidverici amillərin olmaması onun müəyyən güclərin maraqlarına xidmət etməsi ehtimallarını artırır. Bir tərəfdən dünyada sülhün, təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının sülh və müharibə şəraitində müdafiəsinin bəyan olunması, digər tərəfdən isə münaqişə ocaqlarının alovlandırılması-bu parodoksallığı cəmiyyət necə qəbul etməlidi? Axı, bu münaqişələrdə çoxsaylı insanların hüquqları pozulur, minlərlə insan silahlı münaqişələrin qurbanı olur. Görünən odur ki, imperiativ xarakterli beynəlxalq hüquq normalarının da məcburedici təsirləri rol oynamır.  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bunun əyani sübutudur. Artıq Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın “uzunmüddətli münaqişə”si statusunu alıb.

Borc yoxsa iqtisadi islahatların aparılmasına yardım?

Elcin_CeferovAzərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondundan (BVF) və Dünya Bankından (DB) 4 milyard ABŞ dolları həcmində təcili yardım paketini cəlb etmək istəyi ilə bağlı xəbər bu gün çox müzakirə olunur.

Bizim diaspor, bizim media

Fuad huseynzadeBu gün əvvəlki illərlə müqayisədə KİV-də diaspor mövzusuna xüsusi diqqət göstərilir. Media orqanları özləri fərdi olaraq diaspor mövzusunda materiallar dərc edirlər. Son illər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi KİV layihələri və fərdi jurnalist yazıları ilə bağlı müsabiqələrdə diaspor mövzusuna da yer verilir.

Hanı bizim Simonino Simonini?

Fuad-Babayev-2Umberto Ekonu hamı tanıyır. Hər halda, onu tanımaq, oxumaq və ondan öyrənmək istəyən adamların hamısı bu italyan yazıçısının yaradıcılığından xəbərdardır. O ki qaldı onu tanımaq istəməyənlərə, onlar bəlkə də heç nə itirməyiblər…

İXRACAT İMKANLARINI ARTIRMAQ İMKANI

Fuad Babayev 2Sabirabadın Muğangəncəli kənd sakini, 1977-ci il təvəllüdlü Abıyev Elnur həmkəndlisi, 1982-ci il təvəllüdlü  Tariyel İmanovun evinə gələrək ondan 100 qram narkotik vasitə olan qurudulmuş marixuananı 600 manata alıb. Sonra isə Tariyel İmanov polisə zəng edib və deyib ki, evindən narkotik oğurlanıb. (APA TV)

Ağcabədi şəhərindəki “Cavid” şadlıq sarayında şadyanalıqla izlənilən (ifadə mərasim iştirakçılarından birinə məxsusdur) toy mərasimi başa çatdıqdan sonra gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman gəlinin anası və digər qohumları otağa hücum edib. Gəlin bəy otağından çıxmaq istəməsə də, valideynlərinin təzyiqi ilə otağı tərk edib.

Növbəti gün gəlin bildirib ki, ərə getdiyi oğlanı yox, dayısı oğlunu sevirmiş. (publika.az)

SOSİAL LİFTİNİZ İŞLƏYİR?

Fuad-Babayev-2

Neçə illər bundan əvvəl qəribə bir hadisə baş verib. Deməli, Bakının Keşlə kəndində Hacıqulu adında bir kasıb kişi yaşayırmış. Tənəkəçilik eləyirmiş. Ətraf kəndlərin sakinləri də gəlib bu kişinin düzəltdiyi qabları alırlarmış. Bu kişinin düzəltdiyi əsas qabın adı a hərfi ilə başlayıb, elə həmin hərflə də bitərmiş. (İnsafən o qabın adı elə indinin özündə də dəyişməyib)

Nə isə, bu kişinin bir çətən külfəti varmış. Və böyük oğlunun adı da Ağabala imiş. Özü də Ağabala çox fərasətli uşaqmış. Ona görə də günlərin bir günü Hacıqulu kişi oğlunu yanına salıb gətirir şəhərə ki, işə düzəltsin. Düzəldir də. Buxar dəyirmanında bir qəpik də almadan Ağabalanı işə götürürlər və uşaq başlayır işləyib atasına kömək eləməyə.