HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Sütun

Sonsuz maşın “şou”muz

Fuad-Babayev-2

80-ci illərin ortalarında Bakı məktəblərində oxuyan oğlan uşaqlarından biri o birisinə nəyə görəsə salam verməyəndə, kinayəli  “Nooolub alə, aton “QAZ-24” alıb?” sualı ilə qarşılaşa bilərdi.

Status məsələsi

Fuad-Babayev-2Bir yaz günü Koroğlu (özü də qocalmış, dəliləri başından dağılmış Koroğlu) Nigarı yanına salıb harasa gedirmiş. Misri qılınc da belində. Yolun qırağında bir kişinin bir cüt öküzü otardığını görür. Bir də baxır ki, kişinin çiynində “yarı taxta, yarı dəmir bir şey” var. Kişidən bunun nə olduğunu soruşur. Kişi bu əşyanın tüfəng olduğunu deyir. Koroğlu bilmir ki, tüfəng nədir. Kişi də izah edir, üstəlik, Koroğlunun çoxsaylı xahişlərini nəzərə alıb tüfəngin imkanlarını nümayiş etdirir. Yəni, öküzlərindən birini vurub öldürür. Əlbəttə ki, qan bahasını əvvəlcədən aldıqdan sonra. Koroğlu öküzün doğrudan da öldüyünü görəndən sonra sazı bağrına basıb həmişəki kimi orijinallığı ilə seçilən fikirlərini səsləndirir. Bu fikirlərin içində “Tüfəng çıxdı, mərdlik getdi hay, haray!” fikri də olur.

2500 metrlik körpünün imici

Fuad-Babayev-2

Körpülərin də imici olur. Buna şübhəniz olmasın. Və əgər körpülərin imici varsa, onu hökmən formalaşdıranlar da var. Körpü özü dilsiz-ağızsız mühəndis qurğusu olduğundan, əlbəttə ki, bu prosesdə bilavasitə iştirak etmək imkanlarından məhrumdur…

Neoqarğışlar

Fuad-Babayev-2

Dünya fırlanır. Və dəyişir. Durmadan fırlanan və təqribən həmin sürətlə də dəyişən dünyada həmişə yeniliklərə ehtiyac duyulur. Heç olmasa sözdə. Odur ki, mənim dövriyyəyə yeni qarğışlar, bəli, bəli, qarğışlar buraxmaq istəyimi sadəcə olaraq zəmanə ilə ayaqlaşmaq cəhdi kimi dəyərləndirmənizi xahiş edirəm.

“Qəbələ” Qələbəyə məhkum idi

azer sariyev

Futbol bilicisi sayılmıram və idmanın bu sahəsi barədə məlumatım azarkeş dostlarımın yanımda danışdıqlarının on faizindən artıq ola, ya olmaya. Ölkə futbolunu da təqib etmirəm və milli çempionatda yarışan komandaların maddi-texniki və oyunçu arsenalı haqqında təsəvvürüm belə yoxdur. Yeganə “Qarabağ” klubu əcnəbilərlə oynayanda dostlar lütf edib bilet götürürdülərsə, onun oyununu, xüsusən də qələbə qazandığı oyunlarını stadionda izləmək keyfi yaşamışam. Belə bir keyfi və sevinci növbəti dəfə “Qəbələ” yaşatdı.

Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüquqi kontekstdə

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri mövcuddur və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu millətə məxsus xüsusiyyətləri əks etdirir. Bunun nəticəsidir ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər və buna da davam edirlər.