Deportasiya: Qədim türk yurdu Ermənistan necə azərbaycanlısızlaşdırıldı?!

Sovet İttifaqında etnik deportasiyalar İ.Stalinin rəhbərlik etdiyi dövrə düşür. İkinci dünya müharibəsi ərəfəsində başlayan etnik deportasiyalar müharibə illərində faciəli miqyas aldı və müharibədən sonra da davam etdi.
Rusiya imperiyası erməniləri azərbaycanlıların qırğınına və deportasiyasına yönəltməklə Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu torpaqlarda erməni dövləti qurmağa məqsəd görürdülər.
Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalmış, minlərlə tarixi mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir.