
Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim zəngin tarix və mədəniyyətinə malik bir ölkədir. Bu zəngin tarix iki milyon ildən çox bir dövrü əhatə edir. Bəşər tarixinin bütün mərhələləri Azərbaycan torpağında öz silinməz izini qoymuşdur. Qədim Azərbaycan tarixinin hər bir səhifəsi çox qiymətli hadisələrlə zəngindir.
Füsunkar təbiəti, zəngin tarixi, yeraltı və yerüstü sərvətləri Azərbaycan əsrlər boyu yağlı tikə kimi xarici istilaçıları, bədxah qüvvələri rahat buraxmayıb. Humanist, qonaqpərvər, səxavətli xalqımız isə həmişə xeyirxah hisslərlə yaşayıb, darda qalanlara əl tutub, son tikəsini də kimsədən əsirgəməyib. Təqribən iki əsr bundan əvvəl ermənilər öz havadarları olan – rus və fars şovinistlərinin köməyi ilə İran və Türkiyə ərazilərindən kütləvi surətdə Azərbaycana köçürüldülər. Burada yurd-yuva salıb məskunlaşan, yaşayan, özünə gələn qədirbilməz “nankor gəlmələr” bir müddətdən sonra rəzil simalarını göstərdilər. Onların törətdikləri cinayətləri nəzərdən keçirəndə heyrətlənməyə bilmirsən. Bilmirsən ki, buna nə ad verəsən: nankorluqmu, qədirbilməzlikmi, namərdlikmi, yoxsa..?
Ermənilər dünyada mövcud olan xalqlar arasında bir çox “xüsusiyyətlərinə” görə “fərqlənən” yeganə toplumdur ki, tolerantlıq, qeyri-erməni millətlərinə qarşı dözümlülük, birgə yaşama, humanist davranış və s. bu kimi qəbildən olan ümumbəşəri dəyərlərə yaddırlar.
…İndiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir.
Sovet hakimiyyətinin ölkənin müxtəlif regionlarında, o cümlədən Qafqazda Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq siyasəti çar Rusiyasının məqsədli siyasətinin davamı idi. Bu siyasət mərkəzə qeyri-rus xalqlar, xüsusilə də müsəlman və türklər üzərində öz hakim mövqeyini qoruyub saxlamaq üçün lazım idi.