Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Aybasanlı kəndindən videogörüntülər paylaşıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb.
İşğaldan azad edilmiş ərazilərimizi gəzdikcə hər yerdə eyni mənzərənin şahidi oluruq – yandırılmış, dağıdılmış, viran qalmış yurd yerləri. Ermənilər 27 ildən artıq dövrdə işğal altındakı şəhər və kəndlərimizdə yaşayış evlərini, sosial obyektləri, infrastrukturu, sənaye və kənd təsərrüfatı müəssisələrini, bir sözlə hər şeyi məhv ediblər. Xalqımıza məxsus tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar da erməni vandalizminə məruz qalıb. Bu isə onu deməyə əsas verir ki, ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər.