HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənilərin İrəvan və Naxçıvan vilayətlərinə köçürülməsinə dair

paskevich

“Bizim qoşunların Azərbaycanı tutmasından bir qədər sonra mənim hüzuruma Rusiyaya köçürülməyə icazə üçün erməni və bu vilayətdəki başqa məzhəbə qulluq edən xristianlardan olan deputatlar gəlməyə başladılar; Boş qalmış torpaqlara bu itaətə alışmış və din baxımından da bizə sadiq olan insanların köçürülməsindəki mənfəəti anlayaraq mən bu deputatları yaxşı qarşıladım, əzizlədim və İmperator həzrətlərinin lütfkar mərhəmətli himayəsi sarıdan xatircəm etdim və evlərinə buraxdım ki, gedib köçməyə hazırlaşsınlar.

Türkmənçay və ermənilər

1828-ci il martın 21-də I Nikolay iki Azərbaycan xanlığı ərazisində “erməni vilayəti” yaradılması barədə fərman verdi və bu fərmanla çar Rusiyası ermənilərin Cənubi Qafqazda dövlət yaratmasına və bu yolda daha çox qan tökməsinə imkan yaratmış oldu.